İtaliya çempionatının 24-cü turunda “Milan” öz meydanında “Atalanta”nı qəbul edib.
Oyunda hesab 25-ci dəqiqədə açılıb. Teo Ernandesin zərbəsindən sonra top əvvəlcə dirəyə sonra isə qapıçı Mussoya dəyərək çərçivəyə daxil olub: 1-0. “Milan” qarşılaşmanın sonlarında daha bir qol vurub. Əla ötürmədən sonra qapıçı ilə təkbətək çıxan Junior Messias dəqiq oynayıb. Beləliklə “Atalanta”ya 2-0 hesabı ilə qalib gələn “Milan” xalını 47-yə çatdırıb. “Rossonierlər”in əzəli rəqibi “İnter” isə səfərdə gözlənilməz məğlubiyyətlə üzləşib. Səfərdə “Bolonya” ilə qarşılaşan Simone İnzaginin komandası minimal hesabla məğlub olub. Oyunda yeganə qolu 76-cı dəqiqədə Rikardo Orsolini vurub.
24 turdan sonra 65 xal toplayan “Napoli” A seriyasında liderliyini davam etdirir. 47 xal toplayan “İnter” və “Milan” isə 2-ci, 3-cü yerləri bölüşdürür.